Çeçenistanda polislərlə atışıblar

Qroznı, 5 oktyabr 2014

Qroznıda dekabrın 17-si gecəsi silahlı adamlar şəhərin mərkəzindəki evlərdən birindən polislərə atəş açıb.

Bu barədə “Qafqazskiy uzel” məlumat yayıb.

Yerli hakimiyyət antiterror əməliyyatları rejimi elan edib.

Çeçenistan prezidenti Ramzan Kadyrov deyib ki, xüsusi əməliyyatlar nəticəsində 4 adam öldürülüb, daha ikisi yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb. Polislər arasında yaralanan yoxdur.

“Qafqazskiy uzel”in məlumatına görə, 6 adam öldürülüb. Onlardan birinin 18 yaşı var.

Bu hücumun səbəbləri hələ bəlli deyil.