Bugün, iyulun 4-də İrana səfəri çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bu ölkənin prezidenti Seyid İbrahim Rəisi ilə görüşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, nazir Ceyhun Bayramov iki ölkə arasında energetika, nəqliyyat, kommunikasiya sahələrində həyata keçirilən birgə layihələrdən söz açıb.
Bildirildiyinə görə, bu xüsusda Şərqi Zəngəzur iqtisadi rayonu (Azərbaycanın Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonları daxildir) ilə Naxçıvan Muxtar Respublikası (Azərbaycanla onun bir hissəsi olan Naxçıvan arasında quru sərhədi yoxdur) arasında yeni kommunikasiya bağlantılarının yaradılmasının əhəmiyyəti vurğulanıb.
Bugün, iyulun 4-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasına səfər edib. O,bu səfər çərçivəsində daha əvvəl İranın Xarici İşlər naziri ilə görümüşdü.
***
Bugün, iyulun 4-də Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov İran İslam Respublikasına səfər edib.
Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti Twitter-də məlumat yayıb.
Səfər çərçivəsində C.Bayramovun İran rəsmiləri ilə görüşlərinin keçirilməsi nəzərdə tutulub.