Prezident Çexiya nazirini qəbul edib
Sentyabrın 30-da Prezidenti İlham Əliyev Çexiya Respublikasının xarici işlər naziri Yakub Kulhaneki qəbul edib.
AZƏRTAC-ın xəbərinə görə, görüş zamanı 2015-ci ildə Azərbaycan ilə Çexiya arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamədən irəli gələn əlaqələrin inkişaf etdirilməsi və genişləndirilməsinin vacibliyi vurğulanıb.
Qeyd edilib ki, Y.Kulhanekin səfəri post-COVID dövründə münasibətlərin perspektivlərinin nəzərdən keçirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, ticarət, iqtisadiyyat, investisiya qoyuluşu, nəqliyyat, enerji sahələrində əlaqələrin inkişafı üçün yaxşı imkan yaradır.
+++
Bu gün, sentyabrın 30-da Çexiya Respublikasının Xarici İşlər naziri Yakub Kulhanekin Azərbaycan səfəri başlayıb.
Onu səhər saatlarında prezident İlham Əliyev qəbul edib. Görüşün detalları, hələlik, açıqlanmır.
Y.Kulhanek sentyabrın 30-da azərbaycanlı həmkarı Ceyhun Bayramovla da görüşməlidir.