Ermənistanda Vayotsdzor vilayətinin qubernatoru Ararat Qriqoryan nobarın 7-də AzadlıqRadiosunun Erməni xidməti - Azatutyunun sualına cavab verərkən sentyabrın 13-də Cermux ərazisinə daxil olmuş Azərbaycan əsgərlərinin hələ də orada olmasını təsdiqləyib:
“Baş qərargah rəisinin onların çıxıb getməsi barədə bəyanatına baxmayaraq, hər halda biz onları hələ də orda görürük...Onları Cermuxdan görmək mümkündür”.
Sizin brauzer HTML5-i dəstəkləmir
Cermux sakini: 'Azərbaycan hərbçilərini hələ də orda görürük'
Bugünlərdə Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Edvard Asryan əmin etmişdi ki, Azərbaycan qüvvələri “itki verərək” geri çəkilib.
Qubernator vəziyyətdən narahat olub-olmadığı barədə suala cavab olaraq deyib:
“Təbii ki, bu, narahatlıq doğurmaya bilməz. Sadəcə olaraq gördüyümüz tədbirlər bizə deməyə əsas verir ki, bizim istənilən təcavüzə cavab vermək imkanımız var”.
Buna da bax: İranda Azərbaycan vətəndaşları həbs olunub
Aİ müşahidəçiləri
Qriqoryan deyib ki, o şəxsən nə müdafiə naziri, nə də baş qərargah rəisi ilə əlaqə saxlamayıb:
“Mən bizim korpusun komandiri ilə danışmışam. Biz gündəlik əlaqə saxlayırıq. Bizim bu barədə informasiyamız var və biz bu məsələni təhlil etmişik”.
Qubernator bildirib ki, o habelə vəziyyət barədə Avropa İttifaqının müşahidəçilərini məlumatlandırıb.
Ararat Qriqoryan ümid etdiyini bildirib ki, müşahidəçilərin Vayotsdzorda olması sərhəddəki gərginlikdə çəkindirici rol oynayır.
Geqarkunik vilayətinin qubernatoru Karen Sarkisyan deyib ki, son günlər atəşkəsin pozulma halları baş verməyib və onun fikrincə bu, Aİ müşahidəçilərinin sərhəddə olmasına görədir.
Qubernatorun sözlərinə görə həftəsonu atəşkəs pozulub.
Sizin brauzer HTML5-i dəstəkləmir
Qaragöl ətrafında yaşayan ermənilər: 'Axşamlar çaxır içirik ki, qorxmayaq'
Əhali Cermuka qayıdır
Sarkisyan deyib ki, Aİ missiyası Martunidə yerləşir, amma 8 müşahidəçi 11 sərhədyanı məntəqəni monitorinq edir.
Geqarkunik və Vayotsdzor qubernatorları sentyabrın 13-də Azərbaycanın hücumundan sonra sərhədyanı məntəqələrdə həyatın tədricən normala qayıtdığını deyiblər.
Bununla belə Vayotdzor qubernatorunun sözlərinə görə Cermux əhalisinin 15-20 faizi hələ də evlərinə qayıtmayıb.
Sizin brauzer HTML5-i dəstəkləmir
Rusiyada İT üzrə mütəxəssis səfərbərliyə görə meşədə qurduğu gizli çadırdan işləyir
O əlavə edib ki, şəhərdə uşaq bağçaları və məktəblər işləyir, amma turist axını tam bərpa olunmayıb.
Bundan başqa “Azərbaycan qüvvələrinin hücumu nəticəsində sıradan çıxmış kanat yollu” hələ də işləmir.