Elə cərimə var, 10 dəfə artırıldı

Sizin brauzer HTML5-i dəstəkləmir

Cərimələr artır, büdcədəki payı isə azalır: Deputat deyir, 'xüsusi fond' yaradılmalıdır (Arxiv)

Milli Məclisin bu gün, dekabrın 30-da keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklər axırıncı - üçüncü oxunuşda qəbul edilib.

Layihədə bir sıra məsələlərlə bağlı cərimələr kəskin şəkildə artırılır. Vergi hesabatlarının və dövlət rüsumunun tutulması barədə hesabatların təqdim edilmə qaydalarının pozulmasına görə cərimələr xüsusilə diqqət çəkir. Belə hallara görə fiziki şəxslər 300 manat (hazırkı cərimə 50 manatdır), hüquqi şəxslər isə 1000 manat (hazırkı cərimə 100 manatdır) cərimə ediləcək.

Gələn ildən Azərbaycanda bir sıra sahələr üzrə həm vergi və rüsumlar, həm də cərimələr artırılır. Ekspertlər bunu ölkəyə daxil olan neft pullarının azalması ilə izah edirlər. Həm hasilat azalır, həm də qiymət düşür.