İranda Azərbaycanda da hiss edilən zəlzələ olub

Zəlzələ

Noyabrın 8-də səhər 9:18 radələrində Azərbaycanın bir sıra rayonlarında yeraltı təkanlar hiss olunub.

Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, İranın Azərbaycanla sərhəd bölgəsində baş verən zəlzələnin maqnitudası 5.1 olub.

Rəsmi açıqlamaya görə, Azərbaycanda zəlzələ Cəlilabad, Masallı, Lənkəran, Biləsuvar, İmişli, Neftçala, Salyan və Ağdam rayonunda hiss olunub.

"Zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb", - rəsmi məlumatda bildirilir.