«Çəkicli adam»a 4 ay həbs verildi

Sizin brauzer HTML5-i dəstəkləmir

Sürücü çəkiclə polis maşınını zədələyir

-

Nərimanov Məhkəməsi Bakıda Yol polisi avtomobilini çəkiclə əzən Şahin Bəylərov barəsində 4 aylıq həbs qərarı verib. Ş.Bəylərov məhkəməyə qədər, azı, 4 ay həbsdə olacaq.

O, Cinayət Məcəlləsinin 221, 234 və 186-cı maddələri ilə ittiham edilir. Söhbət xuliqanlıq, qanunsuz narkotik vasitələrdən istifadə, əmlakı qəsdən məhv etmə və ya zədələmədən gedir. İttihamlar sübut olunarsa, ona 12 ilədək həbs cəzası verilə bilər.

Daxili İşlər Nazirliyinin məlumatına görə, Ş.Bəylərov fevralın 17-də BMW markalı 99-YP-423 dövlət qeydiyyat nişanlı polis maşınına çəkiclə 30 min manat məbləğində ziyan vurub. O, avtomobilin ön şüşəsi, yan güzgüləri, faraları, mayak, yük və dam hissələrini çəkiclə sındırıb.

Rəsmi məlumatda Ş.Bəylərovun məhkumluğunun olduğu, saxlanarkən üzərindən 302.477 qram heroin götürüldüyü bildirilir. Ancaq bəzi yerli saytlarda xəbər verilir ki, Ş.Bəylərov idmançı olub. Üstəlik, ailə üzvilərinə istinadən bildirildi ki, Ş.Bəylərovun uşaqlıqdan psixi problemləri olub.

Ş.Bəylərovun özünün və ya vəkilinin olayla bağlı ictimaiyyətə hər hansı açıqlaması olmayıb.