Çavuşoğlu NATO iclasından sonra Azərbaycana gəlib

Mevlüt Çavuşoğlu

Çavuşoğlunun Azərbaycan rəsmiləri ilə görüşüb ikitərəfli əlaqələri və regional məsələləri müzakirə edəcəyi gözlənir

Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu martın 4-də Azərbaycana gəlib.

Bu barədə nazir şəxsi Twitter hesabında bildirib.

“NATO xarici işlər nazirlərinin Brüsseldə Ukrayna üzrə fövqəladə iclasından sonra əlaqələrimizi və regionda baş verənləri müzakirə etmək üçün can Azərbaycandayıq”, - deyə Türkiyənin xarici işlər naziri qeyd edib.

Çavuşoğlunun Azərbaycan rəsmiləri ilə görüşüb ikitərəfli əlaqələri və regional məsələləri müzakirə edəcəyi gözlənir.

Buna da bax: Ankara dronların Ukraynaya pula satıldığını və yardım olmadığını deyir

Xatırlatma

Bu il fevralın 24-də Rusiya Ukraynaya yeni hücuma başlayıb. Ondan üç gün əvvəl Rusiya Ukrayna ərazisində separatçı "Donetsk Xalq Respublikası" və "Luqansk Xalq Respublikası"nın müstəqilliyini tanımışdı. Altı il əvvəl isə Ukraynanın bir hissəsini –Krımı ilhaq etmişdi.

Bu ölkəyə qarşı sanksiyaların ilkin mərhələsi onda başlamışdı.

Son hücumdan sonra isə Rusiyaya qarşı Qərb və başqa bəzi ölkələrin sanksiyası daha da genişləndirilib. Azərbaycan və Türkiyə isə sanksiyalara qoşulmur.