Castronun ölüm xəbərini ABŞ-da yaşayan kubalılar sevinclə qarşılayıb

Fidel Castro

Kuba inqilabının lideri Fidel Castronun ölüm xəbərini Amerikada yaşayan bir çox kubalı küçələrə çıxaraq sevinclə qarşılayıb.

Mayaminin Kiçik Havana adlı səmtindəxəbəri sevinclə qarşılayanlardan biri euronews.-un müxbirinə bunları deyib: "Daha çox nənəmə və babama görə sevinirəm. Onlar bizə həyatları boyu çəkdikləri əziyyətlərdən danışıblar. Fidel Castro onların bütün əziyyətlərinin baiskarı olub. Onun ölümü həmin əziyyətlərin sonu deməkdir ". Başqa bir kubalı isə deyib ki, "bura bir adamın ölümünü qeyd etmək üçün yox, xalqı əzən tiranlığın sarsılmasının başlanğıcını qeyd etmək üçün gəlmişəm. Onların Kubada qurduqları sistem çöksə, daha xoşbəxt olarıq".

Fidel Castronun 1959 -cu ildə hakimiyyətə gəlməsindən sonra minlərlə kubalı ölkədəki təzyqi və təqiblərə görə Amerikaya qaçmalı olmuşdu.

Fidel Castro noyabrın 25-də vəfat edib. O, dekabrın 4-də dəfn oluncaq.