Cahangir Hacıyevin bacanağının şikayəti təmin edilməyib

Cahangir Hacıyev

Bakı Apellyasiya Məhkəməsində “İntertabakko” Zaqatala Tütün Emalı Zavodunun sabiq direktoru İsmayıl Timuçinoviç Hidayətzadənin barəsində olan hökmdən verilən apellyasiya şikayəti təmin olunmayıb.

Birinci istnasiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.

İ.Hidayətzadə 2015-ci ildə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları tərəfindən saxlanılıb. O, “İntertabakko” Zaqatala Tütün Emalı Zavodunundirektoru işlədiyi müddətdə "Azərbaycan Beynəlxalq Bankı" ASC-dən 100 milyon dollar kredit götürərək qaytarmamaqda ittiham olunur.

İ.Hidayətzadə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum edilib.

İ.Hidayətzadə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin keçmiş sədri Cahangir Hacıyev-in bacanağıdır.