Cahangir Əsgərov AZAL-ın prezidenti vəzifəsindən azad edilib

Cahangir Əsgərov Azərbaycan prezidenti ilə (Arxiv fotosu)

Cahangir Əsgərov “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilib.

Bu barədə sentyabrın 1-də prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, həmin vəzifənin müvəqqəti icrası “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti Samir Musa oğlu Rzayevə həvalə edilib.

Cahangir Əsgərov həmin vəzifəni 2008-ci il mayın 1-dən tuturdu.