İcra hakimiyyətlərinə büdcədən pul verilməyəcək: 'Azərbaycan bazardır, bazar...'
Sizin brauzer HTML5-i dəstəkləmir
Azərbaycanın 67 şəhər və rayonu gələn ildən etibarən yerli xərclərini tamamilə daxili gəlirləri hesabına qarşılamalı olacaq – dövlət büdcəsindən onlara dotasiya ayrılmayacaq. Regionların "ələbaxımlılığını" azaltmağa yönələn bu addım cəmiyyətdə birmənalı qarşılanmayıb. Ekspertlər qərarın pərdəarxası məqamlarını və regional inkişaf proqramlarının real səmərəsini sorğulayarkən, sistemin içindən gələn kəskin etirazlar da diqqət çəkir.