Gələn ilin büdcəsinin gəlir və xərcləri açıqlanıb

Layihədə gəlir 5, xərclər 3 faiz artır

2023-cü il üçün dövlət büdcəsinin gəlirləri və xərcləri açıqlanıb.

Bu barədə Maliyyə Nazirliyinin məlumatında qeyd edilib.

Bildirilib ki, 2023-cü ildə dövlət büdcəsinin gəlirləri 30 milyard 720 milyon manat proqnozlaşdırılır .

Bu da 2022-ci ilin proqnozu ilə müqayisədə 1522,9 milyon manat və yaxud 5,2 faiz çoxdur.

Növbəti ildə dövlət büdcəsinin xərcləri isə 2022-ci illə müqayisədə 996,2 milyon manat və ya 3,1 faiz artımla 33 milyard 300 milyon manat proqnozlaşdırılır .

Bu ilki sənəddə neftin bir bareli 85 dollar götürülüb. Gələn ilin layihəsində isə bu rəqəm 50 dollar təşkil edir.

Hazırda dünya nazarında Azərbaycan neftinin bir bareli 95 dollardan baha satılır.