Britaniyalılar Şengen zonasında vizasız hərəkət edə biləcəklər

Brekzitə qarşı çıxan London sakini

Britaniya Avropa Birliyindən hətta ən kəskin senari ilə çıxsa belə, bu ölkənin vətəndaşları Avropa Birliyi ölkələrinə vizasız gedə biləcəklər.

Reutersin məlumatına görə, bunu fevralın 1-də Avropa Komissiyasında deyiblər.

“Komissiya hələ ötən il noyabrın 13-də viza tənzimlənməsinə düzəliş edilməsini təklif etmişdi və bu o deməkdir ki,qısa səfər üçün Britaniya vətəndaşlarına viza gərək olmayacaq. Şərtə görə Britaniya daheç bir ayrı-seçkilik qoymadan, Avropa Birliyi ölkələri vətəndaşlarından viza tələb etməyəcək”, Avropa Komissiyasının nümayəndəsi Nataşa Berto deyib.

Beləliklə britaniyalar yarım il ərzində “Şengen” zonasında 90 gün sərbəst hərəkət edə biləcəklər.

Razılaşmanın qüvvəyə minməsi üçün, onu Avropa Parlamenti də təsdiqləməlidir.

London bundan əvvəl bəyan eləmişdi ki, “Brekzit”dən sonra Avropa Birliyi ölkələri vətəndaşlarından viza tələb olunmayacaq və bundan sonra belə bir razılaşma eldə olundu.

Amma Brüsseldə deyirlər ki, əgər Britaniya gələcəkdə bu razılaşmanı pozub viza tətbiq eləsə, Avropa Birliyi də eyni addım atacaq.