Braziliya Meksikaya, Belçika Yaponiyaya qarşı

2018 DÇ-nın Logosu

İyulun 2-də futbol üzrə Dünya çempionatında 1/8 final mərhələsinin daha 2 oyunu keçirilir.

İlk görüşdə Braziliya və Meksika milliləri qarşılaşır.

Digər oyunda isə Belçika və Yaponiya milliləri üz-üzə gələcək.

Dünya çempionatı

1/8 final mərhələsi

2 iyul

18:00. Braziliya - Meksika

22:00. Belçika - Yaponiya

1/8 final mərhələsinin iyunun 30-da keçirilən ilk oyunlarında Uruqvay - Portuqaliya 2:1,

Fransa isə Argentina 4:3 hesabı ilə qalib gəlib.

Bazar günü-iyulun 1-də keçirilən İspaniya -Rusiya görüşündə isə əsas və əlavə vaxtda hesab heç-heçə (1:1) olduğundan, görüşün taleyini penalti zərbələri həll edib və Rusiya millisi 4:2 hesabı ilə qalib gələrək növbəti mərhələyə adlayıb.

Xorvatiya-Danimarka-görüşündə də eyni şey baş verib (1:1) və xorvarlar penalti zərbələrindən daha yaxşı yararlanaraq (3:2) növbəti mərhələyə çıxıblar.

Çempionat Rusiyada keçirilir.