Nobel alan Bob Dylan Mükafat Komitəsini hiddətləndirib

Bob Dylan

Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülən amerikalı musiqiçi Bob Dylan-ın susması Nobel Mükafat Komitəsini hiddətləndirib.

Bu barədə münsiflərdən biri, İsveç Akademiyasının üzvü Pert Vestberq bildirib.

O, musiqiçini təkəbbürlükdə ittiham edib.

2016-cı ilin qaliblərini elan edəndən sonra Bob Dylan mükafat almasını şərh etməyib.

Nobel Mükafat Komitəsi onunla əlaqə saxlamaq cəhdlərini artıq dayandırıb.

Nobel mükafatı Dylana “Amerika mahnı ənənəsində poetik ifadədə yeni dil” yaratdığına görə verib.

Mükafatların təqdimetmə mərasimi dekabrın 10-da olacaq.

Bob Dylan-ın mərasimə qatılıb-qatılmayacağı bəlli deyil.