Bəzi yerlərdə 40 dərəcə isti gözlənir

arxiv foto

İyunun 24-də Bakı və Abşeron yarımadasında havanın günəşli olacağı, şimal-qərb küləyinin əsəcəyi, gündüz onun cənub-şərq küləyi ilə əvəzlənəcəyi təxmin edilir .

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 21-25, gündüz 32-36, Bakıda gecə 23-25, gündüz 33-35 dərəcə isti proqnozlaşdırılır.

İyunun 24-də Azərbaycanın əkəsr rayonlarında da bir elə yağıntı gözlənmir. Lakin axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə 20-25, gündüz 33-38, bəzi yerlərdə 40,dağlarda gecə 14-18, gündüz 22-27 dərəcə isti təxmin edilir.