Məktəblərə hicablıların buraxılmadığı iddiaları yayılır

Sizin brauzer HTML5-i dəstəkləmir

AzadlıqRadiosuna danışan Beyləqan sakini Fidan Məhərrəmova deyir ki, övladı Beyləqan şəhər təbiət və humanitar təmayüllü liseyin 8-ci sinfində oxuyur. Bir müddət əvvəl onlara məktəbdən bildiriblər ki, övladları hicablı şəkildə dərsə buraxılmayacaq: "Sual verdik ki, səbəbi nədir, hicab təhsilə maneədirmi? Direktor da cavab verdi ki, bu mənlik olan şey deyil, "yuxarıdan" tapşırıq gəlib".