Son 5 gün ərzində Azərbaycanda 128 şəxs borclu qisimində saxlanıb.
Bu barədə rəqəmlər Azərbaycan Daxili İşlər Nazirliyinin ( DİN) saytındakı kriminal xronika bölməsində yer alıb. Həmin bölmədə əks olunan statistikaya görə, yanvarın 31-də 16, 30-da 29, 29-da 45, 28-də 17, 27-də isə 21 nəfər borca görə, saxlanaraq aidiyyəti üzrə təhvil verilib.
DİN-in saytında əvvəlki günlərə aid də eyni məzmunlu statistikaya rast gəlmək mümkündür.
Bundan əvvəlki həftənin 5 günündə ( 20-24 yanvar) isə 102 nəfərin borclu qisimdə saxlandığı açıqlanmışdı.
DİN-in saytında əksər günlər, o cümlədən həftə sonları da belə məlumatlara rast gəlmək mümkündür.