«İlin sonuna qədər avtomobil benzininin qiyməti bahalaşmayacaq»

«Böyük ehtimalla ilin sonuna qədər avtomobil benzininin qiyməti bahalaşmayacaq». Nazirlər Kabinetinin (NK) şöbə müdiri Rasim Dadaşov «Azadlıq» radiosuna müsahibəsində deyib ki, hökumət hələ ki, benzinin qiymətini qaldırmaq barədə düşünmür. Onun sözlərinə görə, Azərbaycanda avtomobil benzini dünya qiymətləri ilə müqayisədə ucuzdur, bununla belə, hökumət hələ ki, dizelin qiymətini bahalaşdırıb aradakı fərqi kompensasiya etməklə kifayətlənir.

İlin əvvəlində dizel yanacağı iki dəfə bahalaşıb. Bundan xüsusilə kənd təsərrüfatı sektorunun ziyan çəkəcəyi proqnozlaşdırılır, hökumət kəndlilərə yardımı hansı formada edəcəyini hələ müəyyənləşdirməyib.
Rasim Dadaşov deyir ki, benzin bahalaşan kimi ona dizel yanacağı qatacaqlar, onda da benzinin keyfiyyəti aşağı düşəcək. Odur ki, hökumət ilin sonuna qədər benzini bahalaşdırmaq istəmir. İndi Azərbaycanda avtomobil benzini orta hesabla 1800 manata satılır. Rasim Dadaşov deyir ki, ümumiyyətlə, ilin sonuna qədər enerjidaşıyıcılarının heç birinin qiymətini qaldırmaq nəzərdə tutulmayıb.