Aİ-98 də bahalandı

Sizin brauzer HTML5-i dəstəkləmir

'Premium' benzinlə çörək niyə eyni gündə bahalaşdı? (2021)

Azərbaycana idxal edilən Aİ-98 "Super" markalı benzinin qiymətində dəyişiklik baş verib. Onun qiyməti 40 qəpik bahalanaraq 2 manat 30 qəpik olub.

Aİ-95 benzini 2 manat oldu

Azərbaycanda Aİ-95 "Premium" markalı benzinin qiyməti bahalaşıb. Hələlik bununla bağlı rəsmi açıqlama olmasa da, gecə saatlarında artıq qiymət tablolarında dəyişiklik edilib.

Aİ-95 markalı benzinin 1 litri üçün yeni satış qiyməti 2 manat olub. Əvvəlki qiymət 1 manat 60 qəpik idi.

Azərbaycan Aİ-95 və Aİ-98 markalı benzini xaricdən alır. Hökumətyönlü media qiymət artımını dünya bazarındakı bahalanma ilə izah etməyə çalışır.

Sonuncu dəfə bu markalı benzinin qiyməti ötən ilin iyununda bahalanmışdı. Onda benzinin qiyməti 15 qəpik bahalaşaraq 1.6 manat olmuşdu.