Minsk Belarus ərazisinə düşən raketə görə Kiyevə nota verib

Belarus ölkənin qərbindəki Brest şəhəri yaxınlığına Ukrayna hava hücumundan müdafiə sistemi raketinin düşməsi ilə bağlı dekabrın 29-da Ukrayna səfirini Xarici İşlrə Nazirliyinə çağıraraq etiraz notası təqdim edib.

Belarus XİN-in məlumatında deyilir ki, “Ukrayna ərazisindən antitəyyarə S-300 idarə olunan raketinin atılması ilə bağlı sərt etiraz bildirllib” və “bu hadisə ilə bağlı səhih təhqiqat aparılması və cavabdehlərin cəzalandırılması tələb olunub”.

Buna da bax:

Ukrayna Yekaterinanın abidəsini sökdü, Putin qanun imzaladı

Bu hadisə nəticəsində itki olmadığı bildirilir. Dekabrın 29-da özü Rusiyanın ağır raket hücumuna məruz qalan Ukrayna bu hadisə ilə bağlı şərh verməmişdi.

Rusiya raketlərinin əksəriyyəti Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.

Bundan əvvəl Belarusunun Müdafiə Nazirliyi bildirmişdi ki, ölkənin hava hücumundan müdafiə sistemi Ukraynadan atılan S-300 raketini Brest sərhəd rayonunda vurub.

Müdafiə Nazirliyinin bəyanatında bildirilir ki, ilkin təhqiqat qırıntıların Ukraynadan atılmış S-300 raketinə aid olduğunu təsdiqləyib.

Buna da bax:

Ukrayna paraşütçüləri: ‘Onları ət kimi önə atırlar’

İtki və dağıntı olmayıb

Xəbər verilir ki, Brest rayonunun sakinləri əvvəlcə partlayış səsi eşidiblər, daha sonra isə Harbaxa kəndi yaxınlığında raket qırıntıları aşkar olunub.

BelTa agentliyi xəbər verir ki, qırıntılara ən yaxın yaşayış binası 66 metr məsafədə yerləşir.

Agentlik bunu da bildirir ki, insident barədə Belarus başçısı Alyaksandr Lukaşenkaya dərhal məlumat verilib.

Buna da bax:

Ukrayna hərbiyyəsi: Rusiyalılar Kreminnada kütləvi geri çəkilirlər

Belarus rəsmən Rusiyanın Ukraynaya müdaxiləsində iştirak etməsə də, Rusiya qoşunlarına bu müdaxilə üçün platsdarm verib.

Bundan əvvəl Belarus prezidentinin mətbuat xidmətinə bağlı teleqram-kanal Ukrayna raketinin təsadüfən istiqamətini dəyişməsi nəticəsində Belarus sərhədini keçməsini bildirmişdi.