'Sülh istəyən adamı bu günə qoyarlar?' – Məhbuslar ən son vasitəyə əl atır

Sizin brauzer HTML5-i dəstəkləmir

Son vaxtlar həbsini əsassız hesab edən şəxslər etiraz olaraq özünəqəsd üsulunu seçirlər. Hüquq müdafiəçisi Zəfər Əhmədov bildirir ki, artıq belə məhbuslar özlərini müdafiə edə bilmir, hansısa yolla səslərini eşitdirmək istəyirlər: "İqtidar üçün kiminsə aclıq etməsi və ya intihara cəhd göstərməsi hazırda o qədər də fərq etmir. Sadəcə, insanlar bezir. Siyasi məhbuslar hamıdan artıq bezir ki, bu nə vaxta qədər davam edəcək?".