Baş həkim koronavirusa yoluxub

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əli Məmmədov koronavirusa yoluxub.

Bu barədə Turana onun özü məlumat verib.

O, vəziyyətinin qənaətbəxş olduğu bildirib.

Məlumata görə, Beyləqan Mərkəzi Rayon Xəstəxanasından 5 tibb bacısı da koronavirusa yoluxub. Tibb işçiləri xəstəxanalara yerləşdirilib.

Azərbaycan Tibb Universitetinin iki klinikasının - Tədris Cərrahiyyə və Tədris Terapevtik klinikalarının 50-dən çox əməkdaşı da koronavirusa yoluxub.