Azərbaycanda Dövlət Bayrağı Günüdür

Sizin brauzer HTML5-i dəstəkləmir

Bu bayrağı Rəsulzadə özü tikib

Bu gün, noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günüdür.

2009-cu il noyabrın 17-də prezident İlham Əliyev "Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında" Sərəncam imzalayıb. Bir qədər sonra, dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib.

Bu dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökumətinin iclasında qəbul edilib və 1920-ci il aprel ayının 28-nə kimi (AXC-nin devrilməsinə qədər) dövlət statusuna malik olub. Azərbaycan SSRİ-nin tərkibində olanda bu respublikanın ayrı bayrağı olub.

1991-ci ildə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini bərpa edib. Həmin il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul edilib. 2004-cü il iyunun 8-də isə "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında" Qanunun da ərsəyə gəlib.

Əmək Məcəlləsinin 105-ci maddəsinə edilən əlavəyə əsasən, Dövlət Bayrağı Günü qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.

2007-ci ildən Müstəqillik Günü (18 oktyabr) və Konstitusiya Günü (12 noyabr) isə iş günü elan edilib.

Bu il də Milli Məclis Müstəqillik Gününün adını Müstəqilliyinin Bərpası Günü adlandırılıb.