Bugün, fevralın 25-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun ABŞ Dövlət Departamentinin müşaviri, dövlət katibinin ali siyasət məşvərətçisi Derek Şuli ilə telefon danışığı olub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb:
“Tərəflər Ukraynadakı vəziyyət, habelə Cənubi Qafqaz bölgəsindəki ən son durum ətrafında fikir mübadiləsi aparıblar”.
Vurğulandığına görə, tərəflər, həmçinin beynəlxalq gündəliyin qarşılıqlı maraq doğuran məsələlərini müzakirə ediblər.
Xatırlatma
Dünən, fevralın 24-də Rusiya Ukraynaya yeni hücuma keçib.
Ondan üç gün əvvəl Rusiya Ukrayna ərazisində separatçı "Donetsk Xalq Respublikası" və "Luqansk Xalq Respublikası"nın müstəqilliyini tanımışdı.
Altı il əvvəl isə Ukraynanın bir hissəsini –Krımı ilhaq etmişdi.