Bəzi banklar valyuta satışını dayandırıb

Sizin brauzer HTML5-i dəstəkləmir

Qara bazarda pul alıb, satanlar

►Ekspertin fikrincə, satışdan imtina xarici valyuta defisiti ilə bağlıdır

Avqustun 30-da günün ikinci yarısında Azərbaycanın bəzi kommersiya banklarının xarici valyuta satışını dayandırdıqları bildirilir.

“Turan” İnformasiya Agentliyinin xəbərinə görə, hazırda 15-ə yaxın bank valyuta satmır.

“Respublika” bankından agentliyə satışın dayandırılmasının səbəbini izah etməyiblər. Yalnız “bu qərarın bank daxilində qəbul edildiyini” qeyd ediblər.

“Atabank” və “AFB” bankda deyiblər ki, artıq, bir neçə gündür dollar satmırlar.

“Nikoil” bankında avqustun 30-da hər növ xarici valyuta satışını dayandırdıqlarını bildiriblər.

Buna da bax: Dollar 'dayanmır'

Avqustun 30-da keçirilən hərracda 29 kommersiya bankı 50 milyon dollar alıb. Qeyri-rəsmi məlumatlara görə, hərracda tələbat satışdan dəfələrlə yüksək olub.

İqtisadçılar hesab edir ki, satışdan imtina xarici valyuta defisiti ilə bağlıdır.

Buna da bax: Hərracda 50 milyon dollar satıldı