Gürcüstan bankında 9 saata yaxın davam etmiş girov böhranı girovçunun həbsi ilə başa çatıb.
Bu barədə sentyabrın 20-də Gürcüstan DİN məlumat verib.
Məlumatda deyilir ki, əməliyyat zamanı xəsarət alan olmayıb.
Nazirliyin məlumatına görə xüsusi polis birliyi adı yalnız Q.N. hərfləri ilə verilən 1985-ci il təvəllüdlü şübhəlini saxlaya bilib.
Kutaisidəki banklardan birində 14 nəfəri girov götürən şübhəli özünü partladacağı ilə hədələyirdi.
Şübhəli banka sentyabrın 20-də yerli vaxtla saat 11:00-da daxil olmuşdu və ona 2 milyon dollar nağd pul, Sprinter avtomobili, helikopter, Rusiya bayrağı və balıqçı tilovunun verilməsini tələb edirdi.
Media söhbətin Qriqol Narsiyadan getdiyini bildirir, lakin bu məlumat rəsmən təsdiq edilməyib.
Gürcüstanda bankda girov götürülənlər var
Gürcüstanın qərbi Kutaisi şəhərində bank qarətçisi olduğu bildirilən şəxs 10-dan çox adamı girov götürüb.
Daxili İşlər Nazirliyinin sentyabrın 20-də yaydığı məlumata görə, xüsusi polis bölmələri Kutaisidəki Şota Rustaveli prospektində yerləşən “Bank of Georgia”nın binasında girov götürmə böhranını həll etmək üçün “gərəkən bütün tədbirləri” görür.
Sizin brauzer HTML5-i dəstəkləmir
Məktəbə 8 saatlıq yol? Astarada uşaqlar dərsə getmirlər deyə, nə saymağı, nə də adlarını yaza bilirlər
Bu bəyanatdan az öncə mediada yayılan xəbərlərə görə, naməlum bir şəxs bankın Kutaisi filialını qarət etməyə çalışıb. Ancaq polis hadisə yerinə çox tez gəlib deyə, o, azı 10 nəfəri, o cümlədən bank işçiləri və müştərilərini girov götürüb.
Ölkənin ən böyük bankı olan “Bank of Georgia” birinci dəfə deyil belə bir insidentlə gündəmə gəlir.
2020-ci ilin oktyabrında hərbi geyimdə maskalı silahlı bankın Zuqdudi şəhərindəki filialında 43 nəfəri girov götürüb. O, açıqlanmayan məbləğdə nağd ABŞ dolları ilə qaça bilib. O vaxtdan həmin şəxs yaxalanmayıb.