Bakıya uçan təyyarə məcburi Gəncəyə enib

Azərbaycan Hava Yollarına məxsus təyyarə

“ Azərbaycan Hava Yolları” Qapalı Səhimdar Cəmiyyətinin aşağı büdcəli törəməsi "Buta Airways"in sərnişin təyyarəsi J2 9042 nömrəli İzmir-Bakı aviareysini yerinə yetirərkən Gəncə beynəlxalq hava limanında məcburi eniş edib.

Bu barədə “Turan” Agentliyinə şirkətdən məlumat verilib.

Məlumata görə, sərnişinlərdən birinin təzyiqi yüksək olduğuna görə, hava gəmisinin kapitanı məcburi eniş etməyə qərar verib. Təyyarə Bakı vaxtı ilə saat 13:42-də Gəncədə uğurlu eniş edib. Sərnişinə təcili tibbi kömək göstərildiyi bildirilir

Təyyarənın bir qədər sonra göstərilən marşrut üzrə uçuşu davam etdirəcəyi vurğulanır.