Bakının maraqlı məzarları

Bakının maraqlı məzarları

-

Bakıdakı məzarlıqlardan birində artıq unudulmuş baş və sinədaşı görüntüləri diqqət çəkir – ölən adamların fotoşəkillərinin yerində onların peşə mənsubiyyətini əks etdirən görüntülər yer alır.

Məzarlıq mollası Seyidqulu Həsənağaoğlu deyir ki, indi unudulsa da, əvvəllər belə qəbirdaşıları çox olardı.

Onun sözlərinə görə, artıq bu işlərlə məşğul olan sənətkarlar da yoxdur. Belə məzarların daim diqqət çəkdiyini vurğulayan molla Seyidqulu buraya gələnlərin həmin məzarları ziyarət etməsindən razılığını dilə gətirir.