Bakının maraqlı məzarları

1891-ci ildə doğulan Məmmədbağır Sadıqovun qəbri. Oğlu atasının avtomobilinə də abidə ucaltdırıb. 

Daraq və qayçı şəkilli məzar vaxtilə bərbər olan birinə məxsusdur.

Əlbafış  Ağabala oğlu Dünyamalıyev vaxtilə çoban olduğundan, bu qəbrin üstündə qoç şəkli həkk edilib.

Mərhum Səlim Məlik oğlu Quliyev 18 yaşında olarkən, dama quş tutmağa çıxarkən yıxılıb ölüb. Bu üzdən məzarının üstünə quş heykəli qoyulub. 

Şeyxülislam  Hacı Əliağa Süleyman oğlu Süleymanzadə vaxtilə Təzəpir Məscidinin axundu olub. Məzarının üzərindəki Qurani-Kərim axundu olduğu məsciddəki ahbabları tərəfindən qoyulub.

Mirzəyev Səttar Hacı Süleyman oğlu Mirzəyev dülgər olub. Onun qəbir daşında mişar şəkli əks olunub.