Nəqliyyat kartı bahalaşır: 'Şəxsi bank kartından da artıq pul çıxılır'
Sizin brauzer HTML5-i dəstəkləmir
Paytaxtda ictimai nəqliyyat kartının qiyməti iyulun 1-dən 2 manatdan 3 manata yüksələcək. Bahalaşma kart istehsalı, logistika, infrastruktur və texniki xidmət xərclərinin artması ilə əsaslandırılıb. Qərar sosial şəbəkə istifadəçiləri tərəfindən narazılıqla qarşılanıb.
Bakı sakini Əmrah Təhməzov bildirir ki, bu artım sərnişinlər üçün əlavə yükdür: "Sən həm kartı bahalaşdırıb insanların 1 manatını cibinə qoyursan, həm də "BakıKart" əvəzinə şəxsi bank kartından istifadə edənlərin balansından bəzən eyni gedişə görə bir neçə dəfə 60 qəpik çıxırsan".