Bakıda yağış, rayonlarda dolu, qar gözlənir

arxiv foto

Aprelin 22-də Bakı və Abşeron yarımadasında gün ərzində bəzi yerlərdə yağış yağacağı gözlənir. Arabir güclənən şimal-qərb küləyinin əsəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 4-6, gündüz 7-11, Bakıda gecə 4-6, gündüz 8-10 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında da şimşək çaxacağı, fasilələrlə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Bəzi yerlərdə yağışın leysana keçəcəyi, dolu düşəcəyi proqnozlaşdırılır. Gecə 2-7, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti təxmin edilir.