Avqustun 5-də Bakı və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi, gün ərzində güclü şimal-qərb küləyinin əsəcəyi təxmin edilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 20-24, gündüz 26-30, Bakıda gecə 22-24, gündüz 27-29 dərəcə isti proqnozlaşdırılır.
Azərbaycanın əksər rayonlarında da bir elə yağıntı gözlənmir. Lakin gündüz Böyük və Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı yerlərdə yağıntının leysana keçəcəyi və dolu düşəcəyi ehtimalı var. Gecə 19-24, gündüz 32-37, dağlarda gecə 13-17, gündüz 19-24 dərəcə isti təxmin edilir.