Bakı yollarında xüsusi zolaqlar salınır

Bakı, 30 aprel 2009

Bakıda avtobuslardan ötrü xüsusi hərəkət zolaqları salınacağı bildirilir.

Bu haqda Bakı Nəqliyyat Agentliyinin məlumatında qeyd edilir.

Zolaqların salınması agentliyin təşəbbüsüdür. Məqsəd açıqlandığına görə, paytaxtda müntəzəm sərnişindaşımalarda təhlükəsizliyin, rahatlığın təmin edilməsi və əhalinin ictimai nəqliyyatdan istifadəsinin stimullaşdırılmasıdır.

Agentliyin təklifinə, artıq Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası müsbət rəy verib.

Xüsusi avtobus zolaqlarının ilkin mərhələdə Babək, Xocalı, Nobel, Gəncə prospektlərində, M. Huseynov, Ə.Rəcəbli, M.Füzuli (Qış parkı boyunca), M.Əliyev və Y.Səfərov küçələrində salınması planlaşdırılır.

Avtobus zolaqlarının nə vaxtdan işə düşəcəyi, hələ ki, bilinmir.