Bakı xarici bankları çağırır: Kredit faizləri düşəcək?

Sizin brauzer HTML5-i dəstəkləmir

Mərkəzi Bank xarici bankları ölkəyə çağırsa da, əhalinin 20 milyardlıq borc yükünü azaldacaq faiz enişi real görünmür. Ekspertlər daxili inhisarçılıq, hakim ailəyə məxsus bankların bazara nəzarəti və "yazılmamış qaydalar" səbəbindən böyük xarici bankların Azərbaycana gəlişinə skeptik yanaşırlar.