'Yevlaxdan da 165 manat, Bakıdan da' – Balakənli sərnişin etiraz edir: 'Məsafə yarıdır, qiymət eyni'
Sizin brauzer HTML5-i dəstəkləmir
Gürcüstan sərhədinin cəmi 18 kilometrliyində yaşayan Balakən sakini Nazim Qazıyev bildirir ki, qonşu ölkəyə qatarla getmək üçün əvvəlcə Yevlaxa yollanmalıdırlar. Onun sözlərinə görə, Yevlaxdan Gürcüstana olan məsafə Bakıdan daha qısa olsa da, bilet qiymətləri paytaxtla, demək olar ki, eynidir: "Bakıdan gələn yolun yarısı Yevlaxdan keçir. Məsafə yarıbayarı qısalsa da, bizdən bilet üçün 165 manat tələb edirlər. Burada kimin kimi aldatdığı müəmmalı qalır".
"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) rəsmi saytında yer alan məlumata görə, hazırda Bakı-Tbilisi istiqamətində biletlərin qiyməti vaqonun növündən asılı olaraq 140-260 manat arasında dəyişir.