Azərbaycan Prezidenti İlham Əliyev iyulun 14-də Gürcüstanın paytaxtı Tbilisi şəhərinin meri Kaxa Kaladzeni qəbul edib.
AZƏRTAC-ın xəbərinə görə, Prezident İlham Əliyev qəbul zamanı deyib ki, ona verilən məlumata görə, dünən, iyulun 13 -də Tbilisi və Bakı şəhərlərinin tarixində əlamətdar hadisə baş verib, qardaşlaşma haqqında saziş imzalanıb:
"Mən bunu alqışlayıram, çox düzgün addımdır və düşünürəm ki, təbii addımdır. Çünki ölkələrimiz də qardaş ölkələrdir, xalqlarımız da qardaş xalqlardır və təbii ki, paytaxtlar da qardaş paytaxtlar olmalıdır. Eyni zamanda, həm Bakı, həm də Tbilisi tarixi şəhərlərdir və hər iki şəhərdə bir çox tarixi memarlıq abidələri mövcuddur. Hər iki şəhərdə köhnə kvartal var – İçərişəhər və köhnə Tbilisi… "
Tbilisi şəhərinin meri Kaxa Kaladze isə bunları deyib:
"Dünən qardaşlıq haqqında mühüm sənəd imzalandı. Lakin biz hər zaman qardaş olmuşuq, hər zaman bir-birimizə dost və dayaq olmuşuq. Şəxsən mənim üçün Azərbaycan çox yaxın ölkədir, burada çoxlu dostlarım var. Mən energetika naziri olanda da buraya gəlirdim, çoxlu dostlarım var və çox şadam ki, yenə burada, Bakıdayam".
Tbilisi şəhərinin meri Kaxa Kaladze dünən, iyulun 13 -də Azərbaycana gəlib.Səfər bu gün, iyulun 14-də yekunlaşmalıdır.
Bakı ilə Tbilisi qardaşlaşıb
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 14-də Gürcüstanın paytaxtı Tbilisi şəhərinin meri Kaxa Kaladzeni qəbul edib