-
"Bakı-Tbilisi-Ərzurum kəməri ilə qazın nəqli hələlik bərpa olunmayıb”
Bu barədə APA agentliyi Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyinə istinadla xəbər verir.
Hazırda kəmərin bərpası yönündə işlər gedir.
PKK terrorçuları ötən gecə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Qars vilayətindən keçən hissəsində partlayış törədiblər.
“Anadolu” agentliyinin məlumatına görə,partlayış kəmərin Sarıqamış qəsəbəsindən keçən hissəsində törədilib.
Ərazi polis qüvvələri tərəfindən nəzarətə götürülüb.
Avqustun 4-də də Bakı-Tblisi-Ərzurum qaz kəmərinin Qarsdan keçən hissəsində partlayış törədilib.