Bakı-Sumqayıt yolunda dəhşətli qəza- [fotolar]

Sizin brauzer HTML5-i dəstəkləmir

Sumqayıt yolundakı qəzanın görüntüləri

-

Sentyabrın 17-də Bakı-Sumqayıt yolunda - Ceyranbatan su anbarının yaxınlığında ağır yol qəzası baş verib.

Trend-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, içərisində sərnişinlər olan "Ford" markalı mikroavtobus arxadan vurulan zərbə nəticəsində idarəetməni itirib. Bundan sonra yol kənarındakı maneəyə çırpılıb.
Şahidlər ölənlərin və yaralananlarını bildirib.
Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi Arif Yusifov Trend-ə bildirib ki, hadisə nəticəsində 2 nəfər ölüb, 10 nəfər yaralanıb.

Ölənlərin hər ikisi gənc oğlandır. Yaralıların vəziyyəti orta ağır və ağır qiymətləndirilib. Yaralılar arasında uşaq yoxdur.