Forumda şəhərsalma, küçədə subasma: Bakını bugünə kim saldı?
Sizin brauzer HTML5-i dəstəkləmir
Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edən Bakının küçələri su altında qalıb. Rəsmi qurumlar hadisəyə səbəb kimi yağıntının normadan artıq olmasını göstərib. Memar Dilqəm İsmayıl isə bildirib ki, problemin kökündə paytaxtın idarəetmə yanaşması dayanır: "Bakı son illərdə xaotik və sürətlə sıxlaşıb. Lakin bu tempə adekvat olaraq su-kanalizasiya şəbəkəsinin və yol infrastrukturunun yenilənməsini görmürük. Üstəlik, yağış sularını təbii şəkildə hopdurmalı olan açıq torpaq sahələri və yaşıllıqlar getdikcə azalır".