Paytaxtdakı nəqliyyat xaosunun səbəbi - Avropada 1.6, Bakıda 1.1

Sizin brauzer HTML5-i dəstəkləmir

Bakıdakı nəqliyyat xaosunun bir səbəbi də əhalinin sayına nisbətdə avtobusların normadan az olmasıdır. Məsələn, Avropada hər 1000 nəfərə 1.6 avtobus düşdüyü halda, Azərbaycanda bu göstərici xeyli aşağıdır. AYNA-nın açıqlamasına görə, hazırda Bakıda 2 min 530 avtobus xəttə çıxır. Rəsmi rəqəmlərə görə, paytaxtda 2.3 milyon insanın yaşadığını nəzərə alsaq, bu, hər 1000 nəfərə 1.1 avtobus deməkdir. Halbuki müstəqil ekspertlər Bakı əhalisinin rəsmi göstəricilərdən xeyli çox olduğunu bildirirlər.