Bakı-Naxçıvan biletinin qiyməti bahalaşdı – Qərar

Bu barədə qərarı Azərbaycanın baş naziri Əli Əsədov bugün, iyunun 6-da imzalayıb

Bakı-Naxçıvan reysinə biletlərin qiyməti 10 manat bahalaşıb.

Bu barədə qərarı Azərbaycanın baş naziri Əli Əsədov bugün, iyunun 6-da imzalayıb.

Bununla o, “Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçan şəxslərə güzəştlərin edilməsi haqqında” Azərbaycan Nazirlər Kabinetinin 2007-ci il 27 dekabr tarixli Qərarında dəyişiklik edib.

Həmin qərarda Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçan şəxslərə 20 manat güzəşt edilməsi əks olunurdu. Yeni dəyişikliklə güzəştli məbləğ olan 20 manat 10 manata endirilib.

Bununla da Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətlərində aviabiletin dəyəri 60 manat müəyyən edilib.