İyulun 17-dən İran ərazisilə Bakı-Naxçıvan-Bakı marşrutu üzrə avtobus reysləri bərpa olunur.
Bununla bağlı sərəncamı Azərbaycan Baş nazir Əli Əsədov imzalayıb.
Bu marşrutdakı sərnişinlərdən COVİD-19 PCR testi barədə arayış tələb olunmur.
Biləsuvar gömrük nəzarət-buraxılış məntəqəsinə gəldikdən sonra onlardan COVİD-19 PCR testini aparmaq üçün yaxma götürülməlidir. Azərbaycan vətəndaşları üçün bu müayinə pulsuz aparılmalıdır.
Səfər zamanı COVİD-19 pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi məcburi olacaq.
Koronavurus pandemiyası ilə bağlı ötən ilki məhdudiyətlərdən sonra Bakı-Naxçıvan hava nəqliyyatı bərpa edilsə də, yerüstü nəqliyyat bərpa edilməmişdi.Azərbaycanın digər bölgələri ilə Naxçıvanı quru sərhədlər birləşdirmir.Ona görə də Bakı-Naxçıvan-Bakı avtobusları İran ərazisindən keçəcək.Azərbaycanla İran arasında da koronavirusla bağlı ötən ilin fevralından gediş-gəliş məhdudlaşdrılıb.