Formula 1-ə etiraz: 'Getsinlər Umbakıda asfalt çəksinlər, orada sürsünlər'
Sizin brauzer HTML5-i dəstəkləmir
Bu il də "Formula 1" yarışı səbəbindən Bakının mərkəzi küçələri hasarlanıb. İqtisadçı Akif Nəsirlinin fikrincə, bu turniri paytaxtın mərkəzində deyil, şəhərdən kənarda, məsələn, Qaradağ rayonunun Umbakı qəsəbəsində təşkil etmək olar.
Ekspert vurğulayır ki, yarışın gətirdiyi dividendlər nə qədər böyük olsa da, vətəndaşların hüquqlarından üstün ola bilməz: "İnsanların öz vətənində, öz paytaxtında sərbəst hərəkət etmək hüququ var. Bəs bu hüquq nəyə görə məhdudlaşdırılır? Hansı milli marağa görə? "Formula 1" heç də həyati vacib məsələ deyil".