71 ton balın 23 tonu saxta çıxıb

Foto: arxiv

Bakıda arıçılıq məhsullarının yarmarkasında 23,5 ton saxta bal aşkarlanıb.

Bunu oktyabrın 15-də açılan bal yarmarkasında kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov bildirib.

Bu ilki yarmarkaya 71 ton 700 kq bal çıxarılıb. Amma bütövlükdə yarmarkaya 93 tona yaxın bal təqdim olunub.Seyfəddin Talıbov bildirib zona baytarlıq, Respublika Baytarlıq Laboratoriyasında yoxlamalar nəticəsində təxminən 23,5 ton bal satışdan çıxarılıb. 55 nəfər arıçı yarmarkada iştirakdan kənarlaşdırılıb.

Nazir müavini bu il iqlim şəraiti ilə bağlı ölkədə arıçılıq məhsullarının həcminin azaldığını, keçən il yarmarkaya 250 ton bal çıxarıldığını xatırladıb.

Yarmarka oktyabrın 15-dən noyabrın 15-nə qədər AMAY şirkətinin “Xətai” ticarət mərkəzində fəaliyyət göstərəcək.