Bakıda avtobus piyadanı vurub

Bakı, Avtobus piyadanı vurub, 31 dekabr 2016

Dekabrın 31-də Bakıda, Koroğlu metrosunun yaxınlığında sərnişin avtobusu adam vurub.

Hadisəni şahidləri AzadlıqRadiosuna bildiriblər ki, 173 saylı marşrutda hərəkət edən avtobuslardan biri piyadanı vurub.

Şəxsiyyəti bəlli olmayan piyada qəza nəticəsində həlak olub.