Alatavanı bir də belə görün (Fotoqalereya - yenilənib)
Yaşlı sakinlər bildirirlər ki, 1950-60-cı illərdə bu əraziləridə kiçik evləri gecələr xəlvət tikiblər. Yerli hakimiyyət orqanlarından tikintiyə rəsmi icazə almaq praktiki mümkün olmadığından bu ərazidə yalnız "naxalstroy"lar - özbaşına tikililər olub.
Əsas yollardan görsənməməsi üçün 1-ci Alatava penaplaslarla hasarlanıb.
Sakinlər ara küçələrin darlığından şikayət edirlər. Həm də bildirirlər ki, zamanında özləri evlərini bu cür yaxın tikiblər.
Sakinlər ara küçələrin darlığından şikayət edirlər. Həm də bildirirlər ki, zamanında özləri evlərini bu cür yaxın tikiblər.
Sakinlər bu küçəni başdan ayağa öz hesablarına tikdiyini deyirlər. Su, elektrik, qaz xəttindən tutmuş kanalizasiya sisteminə kimi.
Alatava sakini : "Əyləncəmiz də burdadır işimiz də, ev işlərimizi də eyni yerdə görürük."
1959-cu ildən Alatavada yaşayan sakin: "Sovet dövründən hər bir vergimizi ödəməyimizə baxmayaraq, bizə hələ də evin texniki sənədini verməyiblər".
Birinci Alatavanın yaşlı sakinləri deyirlər ki, burada yaşamağa başlayandan buranın yaxın günlərdə söküləcəyini eşidiblər illər boyu.
Son 4-5 ildə Bakıda Birinci Alatava adlanan ərazidə də yeni hündürmərtəbəli binaların tikintisi xeyli artıb.
Ətraf küçələrdə hündürmərtəbəli binalar tikikdikcə Birinci Alatava küçəsində hava çatışmazlığı - bürkü yaranır. Bu, xüsusilə dar küçələrdə keçidlərdə.
Dörd yandan hündürmərtəbəli binaların tikilməsi ərazini örtülü məhəlləyə çevirib.
Evlərin yaxınlığı, münasibətlərdə hiss olunur. Birinci Alatavada qonşular daha mehribandırlar.
Evlərin əksəriyyətində qapılar birbaşa avtomobil yoluna açılır.
Uşaqların oynamaq, gəzmək yeri elə avtomobil yoludur.
10 yaşlı Tahir: "Əvvəllər yay tətilində kəndə babam gilə gedirdim və yaxşı vaxt keçirirdim. Yayda bizim küçələrdə adam qalmaq istəmir."
Küçələrin darlığından uşaqlar avtomobil yolunda oynamağa məcbur qalırlar.