Hindistana 'Yeni Kaledoniya dərsi': Bakı etnik kartı yenidən işə salır
Sizin brauzer HTML5-i dəstəkləmir
Bakı Təşəbbüs Qrupu (BTQ) Hindistanda yaşayan etnik azlıqlarla əməkdaşlığa başladığını elan edib. Siyasi şərhçi Araz Əliyev düşünür ki, Azərbaycan hakimiyyəti bu təşəbbüsü xarici siyasətində mesaj aləti kimi görür: "Bu kartdan bugünədək Niderland və Fransaya qarşı istifadə olunub. Xüsusilə, Yeni Kaledoniya məsələsi burada önəmli rol oynayırdı. İndi isə bənzər addım Hindistana qarşı atılır". Ekspert vurğulayır ki, BTQ-nin Fransaya yönəlik fəallığı Paris-Yerevan yaxınlaşması ilə bağlı idisə, hazırkı addımın əsas səbəbi Hindistan-Ermənistan münasibətləridir.