Vəkil : ‘Azərpoçt’ deyir ki, ‘mәktub bizdə itib’

"Azәrpoçt" Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinin (MMC) Avropa İnsan Haqları Mәhkәmәsinә (AİHM) gedәn mәktubun itdiyini etiraf etdiyi bildirilir.

Bu barәdә AzadlıqRadiosuna mәlumat verәn vәkil Elçin Sadıqovun deməsinə görə, qurumdan gələn məktubda bildirilib ki, Fransaya gedәn mәktub Poçt Daşıma Mәrkәzində itib.

Vәkil qeyd edib ki, mәktubda AİHM-ә әrizәçinin (ərizəçi adının açıqlanmasını istəmir) şikayәti var idi:

"Bu artıq birinci dәfә deyil ki, Avropa İnsan Hüquqları Mәhkәmәsinә göndәrdiyimiz mәktub itir. İndi tәzә әrizәni yazıb "Azәrpoçt”un cavabını әlavә edib mәktubu faksla göndәrәcәyik. Başqa yolumuz qalmır".

Elçin Sadıqov hesab edir ki, Avropa İnsan Hüquqları Mәhkәmәsinә gedәn şikayәtlәrin itmәsi heç də tәsadüfi deyil.

Amma vəkilin bu dediklərinə, hələlik, "Azәrpoçt" MMC-dən münasibət almaq mümkün olmayıb.

"İtən" Avropa Məhkəməsinə gedən məktublardır

Bundan əvvəl də bir neçə vəkil də AİHM göndərilən məktubların poçtda itməsi ilə bağlı açıqlama yaymışdı.

Vəkillərin vurğulamasına görə, sadәcә Azәrbaycan hakimiyyәti istәmir ki, Avropa İnsan Hüquqları Mәhkәmәsinә şikayәtlәr getsin. Onların deməsinə görə, məktubların bilərəkdən itirilməsi ilə bağlı şübhələr var.

Buna da bax: Avropa Məhkəməsinə gedən məktublar yenə 'itib'

Amma bundan əvvəl "Azәrpoçt" MMC-dən oxşar şikayətlə bağlı AzadlıqRadiosundan verilən suala cavab olaraq bildirmişdilər ki, belə hal hər bir ölkədə baş verə bilər:

“İstənilən ölkədə itki ola bilər. Bağlama da itə bilər, məktub da itə bilər. Bu hal Amerikada da olur, Fransada da olur. Görünməmiş iş deyil”.

AHİM-ə göndərilən bəzi şikayət məktublarının bilərəkdən itirilməsi ilə bağlı iddiaları, başqa rəsmi qurumlar da, hələki, təsdiq etməyiblər.

Bundan əvvəl ərizəçilərdən müxalif siyasətçilər Murad Ədilov, Nemət Pənahlı, jurnalistlər Əfqan Muxtarlı, Seymur Həzi və gənc fəal Bayram Məmmədovla bağlı da belə halın baş verdiyi açıqlanıb.